|
|
| Umud Rəhimoğlu Nyu-Yorkda BMT-nin toplantısına qatılıb |
|
|
Tarix: 08.02.2012 | Saat: 05:09:00 | E-mail | Çapa göndər
|
|
BMT-nin İqtisadi və Sosial Şurasında BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı hesabatı qəbul edilib
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Fondun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa Nyu-Yorka səfər ediblər. Səfərin məqsədi BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsində və ECOSOC-un Sosial İnkişaf Komissiyasının 50-ci sessiyasında iştirak etməkdir. Bu barədə BAMF sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BAMF-ın hesababatının müzakirəsi zamanı BMT-nin QHT-lər bölməsinin rəhbəri Andrey Abramov sənədin mükəmməl hazırlandığını və bu səbədən də qəbul olunduğunu bildirib.
 |
|
|
|
| BAMF Azərbaycanın 7 rayonunda yüzlərlə gənclə görüş keçirib |
|
|
Tarix: 01.02.2012 | Saat: 01:13:00 | E-mail | Çapa göndər
|
|
UNİCEF-in dəstəyi ilə reallaşan “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin birinci mərhələsi başa çatıb
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) UNİCEF-in maliyyə dəstəyi ilə 2011-ci ilin oktyabr ayından həyata keçirməyə başladığı “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin mühüm bir mərhələsinə yekun vurub. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, layihə Ermənistanın Azərbaycana qarşı apardığı müharibən bilavasitə zərər çəkmiş Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Beyləqan, eləcə də müharibənin təsirinə məruz qalmış Bərdə və Yevlax rayonlarında həyata keçirilir.
 |
|
|
|
| BAMF Fransa parlamentinin son biabırçı qərarı ilə bağlı bəyanat yaydı |
|
|
Tarix: 23.12.2011 | Saat: 07:37:00 | E-mail | Çapa göndər
|
|
Umud Rəhimoğlu bəyanatın Fondun üzvü və tərəfdaşı olduğu bütün beynəlxalq təşkilatlara, şəbəkələrə göndəriləcəyini deyib
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun qəbul etməsini pisləyir. BAMF sədri Umud Rəhimoğlunun verdiyi məlumata görə, bununla bağlı Fond xüsusi bəyanat yayıb. O, bəyanatın BAMF-ın üzvü və tərəfdaşı olduğu bütün beynəlxalq təşkilatlara, şəbəkələrə göndəriləcəyini də deyib. Bəyanatda deyilir:
 |
|
|
|
| Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Azərbaycan dilində çap olunub |
|
|
Tarix: 16.12.2011 | Saat: 08:14:00 | E-mail | Çapa göndər
|
|
Almaniyanın kansleri Angela Merkel kitaba ön söz yazıb
Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri Avropanın tanınmış siyasi-ictimai xadimi Uilfrid Martesin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çap olunub. Bu barədə BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görüb. O, 2010-cu ilin mart ayında Azərbaycanda sözügedən kitabın ingilis dili versiyasının geniş təqdimatının olduğunu da deyib:
 |
|