R

«Front Line Defenders»  təşkilatının icraçı direktoru Endryu Anderson Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə cavab verib.

Dünən BAMF prezidenti, 2001-ci ildə Dublində risk qrupuna daxil olan insan hüquqları müdafiəçilərini qorumaq məqsədilə yaradılmış «Front Line Defenders»  təşkilatının icraçı direktoru Endryu Andersona məktubla müraciət etmişdir.

Məktubda o, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin reallıqları barədə danışmışdır. Bununla yanaşı, məktubda bu münaqişənin nəticəsi olaraq Azərbaycan torpaqlarının, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla, 20%-inin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması qeyd edilmişdir.O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətini izah etdi və 25 ildən çox evlərinə qayıda bilməyən bu insanların hüquqlarının qorunmasına daha çox diqqət yetirməyə çağırdı. Səkkizinci şəxsin qaçqın və ya məcburi köçkün olduğu bir ölkədə insan hüquqları müdafiəçiləri ilk növbədə bu insanların hüquqları barədə danışmalıdırlar.

Müraciətin tam versiyasına aşağıdakı linkdə baxıla bilər:

http://eurasiadiary.com/az/news/society/176622-bamf-prezidenti-front-line-defendersin-icraci-direktoruna-muraciet-edib

Bu məktuba cavab olaraq, Endryu Anderson beynəlxalq insan hüquqları təşkilatlarının həqiqətən də münaqişə və məcburi köçkünlərin hüquqlarının qorunmasına kifayət qədər diqqət yetirmədikləri barəsində Umud Mirzəyevlə razılaşdığını bildirdi. O, bu məsələnin vacibliyini vurğuladı və Dağlıq Qarabağ münaqişəsini daha yaxşı başa düşmək üçün Azərbaycana səfər etmək arzusunu bildirdi.

"Hörmətli Umud,

Məktubunuz üçün təşəkkürlər. Sizinlə Qətərdə görüşmək və Azərbaycan haqqında bir az ətraflı məlumat almaq çox xoş idi.

Danışdığımız kimi, beynəlxalq insan hüquqları təşkilatlarının həqiqətən də münaqişə və köçkünlərin hüquqlarına kifayət qədər diqqət yetirmədikləri barəsində sizinlə razılaşıram. Bu məsələni vurğulamağınız yaxşıdır.

«Front Line Defenders», daha geniş insan hüquqları məsələləri yerinə, yerli və milli səviyyədə çalışan insan hüquqları müdafiəçilərinin vəziyyətinə diqqət yetirir.Əgər insan hüquqları müdafiəçilərinin məcburi köçkünlərin hüquqları uğrunda işləməklərinə hansısa bir maneənin mövcud olması ilə bağlı təklif olsaydı, biz bu məsələnin qeydinə qalardıq. Mən bu vəziyyətin beynəlxalq miqyasda daha çox diqqətə ehtiyacı olduğu ilə razılaşsam da, bizim məcburi köçkünlərin vəziyyətini öz üzərimizə götürmək üçün imkanımız və təcrübəmiz yoxdur.

Fərqli insan hüquqları müdafiəçiləri müxtəlif məsələlərdə çalışırlar. Müəyyən bir məsələni diqqətə almaq daha təsirli ola bilər.Birləşmə və ifadə azadlığı hüquqlarına hörmət edilməsi üçün önəmli olan insan hüquqları müdafiəçiləri sərbəst fəaliyyət göstərə bilmələridir. Bu şərtlərdə kimin nə mövzuda işləməsi və  prioritetlər haqqında açıq bir müzakirə ola bilər. Anlayacaqsınız ki, insan hüquqları müdafiəçiləri bir çox ölkələrdə siyasiləşdirilməkdə ittiham olunurlar, lakin adətən bu hakimiyyət orqanları tərəfindən qanuni tənqidi aradan götürmək üçün bir strategiyadır. Və həqiqətən məşhur olmayan mövzular üçün dincliklə müdafiə etmək hüququ da vacibdir.

Mən, Azərbaycana gəlmək, insan hüquqları müdafiəçiləri və başqaları ilə görüşmək imkanı əldə etmək istərdim. Gəlsəm, əlbəttə ki, sizinlə əlaqə saxlayacağam, çünki mən şəxsən Qarabağın vəziyyətini yaxşı başa düşmək istərdim.

Xoş arzularımla,

Endryu”

Qeyd edək ki, Endryu Anderson 2016-cı ilin noyabr ayında «Front Line Defenders»in ikinci icraçı direktoru olmuşdur. Daha əvvəl 2003-cü ilin mart ayından etibarən direktor müavini vəzifəsində çalışmışdır. «Front Line Defenders»ə qoşulmadan əvvəl Endryu on üç il “Amnesty International”ın  Beynəlxalq Katibliyində Kampaniya və Böhranlara Cavab proqramı və sonradan Afrika proqramının direktoru kimi işləmişdir. Endryu York Universitetində Tətbiqi İnsan Hüquqları Mərkəzinin Məsləhət Şurasının və Taktik Texnologiya Kollektivi Qəyyumlar Şurasının (https://tacticaltech.org/) üzvü olub və Böyük Britaniyada Sudan Sosial İnkişaf Təşkilatının Qəyyumlar Şurasında (http://www.sudouk.org/xidmətinə davam edir. O, Aİ İnsan Hüquqları Müdafiəçilərinin Mexanizminin İdarə Heyətində «Front Line Defenders»i təmsil edir.