R
Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai Beynəlxalq Avrasiya Mətbuat fondunda olub.
Qonağı salamlayan BAMF-ın sədri Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi təşkilat İslam aləminin ən müxtəlif təşkilatları , xüsusilə də media qurumları ilə ölkəmizin kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığının qurulmasına dəstək göstərir. Müsəlman dünyasında qabaqcıl media ənənələrinə və strukturuna malik dövlət olan Qətərin yalnız “Əl-Cəzirə” telekanalının fəaliyyətini vurğulamaq kifayət edər. Bu gün Əl-Cəzirə nəinki fərql dildə kanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün ərəb və Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının ən öncülüdür.
 
Umud Mirzəyevin sözlərinə görə, BAMF 2012-ci ildən Əl-Cəzirə Media Şəbəkəsi ilə əməkdaşlıq edir. Münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin müdafiəsinə töhvə verməklə, söz və ifadə azadlığı, obyektiv informasiyanın yayılması istiqamətində BAMF, Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətini və onun missiyasını, eləcə də Beynəlxalq Mətbuat İnstitutunda təmsilçilik fəaliyyətini dəstəkləyir və bugün müsəlman dünyasında bu media şəbəkəsinin peşəkar fəaliyyətinə, azad sözün qorunmasında doğru güclü təsirə malik olmasına inanır.
 
Səfir Yusif bin Həsən əl-Sai isə öz növbəsində təmsil etdiyi ölkənin Azərbaycanla, xüsusilə vətəndaş cəmiyyəti təmsilçiləri və media nümayəndələri ilə əməkdaşlığı barədə məlumat verib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri  müzakirə olunub. Həmçinin Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf vəziyyəti barəsində fikir mübadiləsi aparılıb.