R
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti  Umud Mirzəyevlə görüşüb. BAMF-ın ofisində baş tutan görüşdə tərəflər bir sıra məsələlərlə bağlı, o cümlədən BMT-nin Azərbaycandakı nümayəndəliyi və agentikləri ilə BAMF arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə təşəbbüslərin və layihələrin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.
 
Umud  Mirzəyev qonağa təşkilat haqqında geniş məlumat verib, rəhbərlik etdiyi təşkilatın həyata  keçirdiyi layihələrdən danışıb. Umud Mirzəyev eyni zamanda cənab İsaqzainin cəbhə bölgəsində əhalinin yaşayış vəziyyəti ilə yaxından tanış olmaq üçün Tərtərə etdikləri birgə səfəri yada salaraq , belə səfərlərin mütəmadi hal almasının arzuladığını bildirib. Bundan əlavə BAMF prezidenti müxtəlif regionlarda həyata keçirilən layihələr barədə də danışıb. U. Mirzəyev regionda sülhün təbliğ olunmasının vacib olduğunu dilə gətirib.
 
O, qeyd edib ki, münaqişədən ən çox adi insanlar əziyyət çəkir. BAMF-ın reallaşdırdığı layihələri yüksək qiymətləndirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki,  BMT-in Azərbaycandakı strukturları ilə Azərbaycanın vətəndaş cəmiyyətinin aparıcı təmsilçilərindən biri olan BAMF-la  əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlıdır.
 
Sonda cənab İshaqzai  fondun və Eurasiadiary portalının iş şəraiti ilə yaxından tanış olub. Redaksiya heyəti ilə portalın fəaliyyəti barədə qısa söhbət edən cənab İshakzai BAMF-ın təlim mərkəzi və xüsusi video roliklər və sənədli filmlərin çəkilişi ilə məşğul olan “Avrasiya prodakş”-ın studiyasına baxış keçirib. Cəman İshaqzai, BMT-nin Cenevrədəki qərargahında təqdim olunan, BAMF-ın Tərtərin təmas xəttinə yaxın Həsənqaya və Şıxarx kəndlərində yaşayan uşaqlarla bağlı hazırladığı “Müharibə Uşaqları” adlı xüsusi video çarxa da baxıb.