R

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində dünyaca məşhur Bloomberg agentliyinin Azərbaycandakı nümayəndəsi Zülfüqar Ağayevin təlimi olub. Təlimdən əvvəl BAMF sədri Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,tanınmış jurnalist, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli və akademik Hətəm Quliyev təlim iştirakçılarını salamlayıblar, onlara ürək sözlərini deyiblər. Təlim zamanı Zülfüqar Ağayev öz təcrübəsi, beynəlxalq trendlər və xarici media orqanı üçün məqalə yazmağın qaydaları haqqında danışıb.