|
|
| Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Azərbaycan dilində çap olunub |
|
|
Tarix: 16.12.2011 | Saat: 08:14:00 | E-mail | Çapa göndər
|
|
Almaniyanın kansleri Angela Merkel kitaba ön söz yazıb
Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri Avropanın tanınmış siyasi-ictimai xadimi Uilfrid Martesin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çap olunub. Bu barədə BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görüb. O, 2010-cu ilin mart ayında Azərbaycanda sözügedən kitabın ingilis dili versiyasının geniş təqdimatının olduğunu da deyib:
 |
|
|
|
| BMT rəsmisi Andrey Abramov Umud Rəhimoğluna məktub ünvanlayıb |
|
|
Tarix: 14.12.2011 | Saat: 23:12:00 | E-mail | Çapa göndər
|
|
O, azərbaycanlı qaçqın və məcburi köçkünlərdən ürək ağrısıyla söz açıb
Noyabr ayında Azərbaycanda işgüzar səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğluna məktub ünvanlayıb. Bu barədə BAMF-ın informasiya departamentindən məlumat veriblər. A.Abramov Azərbaycana səfərinin çox yüksək səviyyədə keçirildiyini və nəticələrdən məmnun qaldığını yazıb: “Hörmətli Umud! Azərbaycana səfərim zamanı ölkənin yüksək səviyyəli rəsmiləri və qeyri-hökumət təşkilatları ilə silsilə görüşlərdə iştirak etdiyim zaman Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən mənə göstərilən yüksək qonaqpərvərlik, dostluq və çox gözəl əməkdaşlıq üçün ən dərin təşəkkürümü bildirmək istərdim. Tərtər və Bərdə rayonlarına səfərlərimiz məlumat əldə etmək, qaçqın və məcburi köçkünlərin bəzən ürək ağrıdıcı olan vəziyyətini və ehtiyaclarını anlamaq üçün çox faydalı oldu.
 |
|
|
|
| “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” adlı tədris proqramı təqdim olunub |
|
|
Tarix: 30.11.2011 | Saat: 06:48:00 | E-mail | Çapa göndər
|
|
Vəsait Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun
Moskva ofisinin birgə layihəsi əsasında hazırlanıb
Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun Moskva ofisinin birgə hazırladığı “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” tədris proqramının təqdimatı keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan toplantı hər iki qurum arasında imzalanmış müqavilə əsasında Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqrama (KİBP) uyğun reallaşdırılan “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığınım artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsi çərçivəsində gerçəkləşdirilib.
 |
|
|
|
| Beynəlxalq Mətbuat İnstitutu Rafiq Tağının qətli ilə bağlı açıqlama yayıb |
|
|
Tarix: 28.11.2011 | Saat: 04:35:00 | E-mail | Çapa göndər
|
|
Tanınmış yazıçı-jurnalist Rafiq Tağının qətlə yetirilməsini dünyanın ən böyük jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutu (BMİ) pisləyib. Nüfuzlu qurum hadisə ilə bağlı açıqlama yayıb. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, açıqlamada BMİ-nin mətbuat azadlığı üzrə meneceri Antoni Milz bu qətli pisləyib. A.Milz R.Tağının yazılarına görə qətlə yetirildiyini düşündüyünü deyib:
 |
|